Rusiyada iki qırıcı təyyarə havada toqquşdu

Dünya

Rusiyanın Lipetsk şəhərinin hava məkanında iki qırıcı-bombardmançı “Su-34” təyyarəsi toqquşub.

Nsa.ge Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, insident təlim uçuşları zamanı baş verib. 

Rusiya Müdafiə Nazirliyinin hərbi sınaqları və Dövlət Aviasiya Tədris Mərkəzinə məxsus təyyarələr vizual əlaqəni itirdiklərindən havada toqquşublar. 

Təyyarələr ciddi ziyan görüblər, lakin onları yerə endirmək mümkün olub.