Rusiyadan İrəvana uçuşlar kəskin bahalaşdı – Səbəb?

Dünya Manshet

Moskvadan İrəvana və əksinə uçuş üçün aviabiletlərin qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 43.8 faiz artaraq 15.109 ( 693 lari 60 tetri) rubla çatıb.

Nsa.ge xəbər verir ki, bu barədə “TourDom” portalı yazıb.

Məlumata görə, sözügedən bahalaşmaya səbəb Rusiyadan Gürcüstana uçuşların qadağan edilməsidir. Gürcüstanda planlaşdırılmış istirahətlərindən imtina etməmək üçün rusiyalılar İrəvana və ya Bakıya uçur, oradan avtobuslarla Gürcüstana keçirlər. Sərnişinlər həmçinin Gürcüstana gəlmək üçün transferli uçuşlardan da istifadə edirlər.

Portal həmçinin Moskva şəhərindən Yakutsk, Münhen və Burqas istiqamətində uçuşların da əhəmiyyətli dərəcədə bahalaşdığını qeyd edib.