Sergey Mironov: “Tiflisə sanksiya tətbiq olunsun”

Manshet Dünya

Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov Gürcüstana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini tələb edib.

Nsa.ge xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti informasiya yayıb.

“Dövlət başçısı vətəndaşlarımızın təhlükəsizliyi üçün tədbirlər gördü. İlk növbədə bunu etmək lazım idi. İndi isə biz təkcə Gürcüstan müxalifətinə deyil, eyni zamanda rəsmi Tiflisə qarşı Rusiya əleyhinə çıxışlarına görə atılacaq növbəti addımları düşünməliyik”, – Mironov bildirib.