Sinqapurda inanılmaz evlilik təklifi

Dünya

Singapurlu fermerin, sevgilisinə evlənmə təklifi etmək üçün bir inəyin məməsinə üzük taxması hadisə olub.

Nsa.ge xarici KİV-nə istinadən xəbər verir ki, şəkili Facebook-da paylaşan sinqapurlu qadın, gözlərinə inana bilmədiyini ifadə edib.

Sözügedən paylaşımın üstündə belə yazıb: Sinqapurlu bir fermer sevgilisinə inək məməsinə bir üzük taxaraq evlilik təklifi etdi.

Facebook-da paylaşılan foto ən qısa müddətdə miliyonlarca insanın maraqına səbəb olub.

Paylaşım Facebook-da eyni zamanda bir çox tənqidlərə məruz qalıb: “Bu dəhşətlidir”. “Bu barədə düşünməyə sərf etdiyiniz vaxt üçün təəssüflənirəm”, “Bu, mənim gördüyüm ən pis şeydir!” – deyə şərhlərdə yazılıb.