Somalidə partlayış nəticəsində 8 nəfər ölüb

Dünya

Şənbə günü Somalinin paytaxtı Moqadişoda yerləşən parlament binası yaxınlığında partlayış baş verib.

Nsa.ge “Franc-Press”ə istinadən xəbər verir ki, nəticədə 8 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

Daha əvvəl iki partlayışın baş verdiyi bildirilirdi. İkinci partlayış hava limanına gedən yol kənarında qeydə alınıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.