Suriyada partlayış baş verib, ölən və yaralananlar

Dünya

Suriyanın Afrin bölgəsinin mərkəzində içərisində partlayıcı qurğu yerləşdirilən avtomobilin partlaması nəticəsində 8 mülki şəxs ölüb, 35 dinc əhali yaralanıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Bildirilib ki, hadisə iyulun 11-də Afrinin cənubundakı Tirendə yaşayış məntəqəsində partlayıcı qurğu yüklənmiş mazut daşıyan avtomobilin partlaması nəticəsində baş verib.

Hücumu terrorçu PKK-nın Suriyadakı “YPG” və “PYD” adlı qollarının törətdiyi ehtimalı daha çoxdur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Zeytun budağı əməliyyat nəticəsində Afrini, ətraf bölgələri terrorçulardan təmizləmişdi.