Suriyadan Türkiyə bölgəsin bombaladılar, ölənlər və yaralananlar var – VİDEO

Manshet Dünya

Suriyanın Tel Abyad rayonundan Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna atılan raket və top mərmisinin partlaması nəticəsində biri on aylıq körpə olmaqla 3 nəfər şəhid olub. 

Nsa.ge “Sabah”a istinadən xəbər verir ki, bunu Akçakele rayon icra nümayəndəsi bildirib.

Ölənlərlə yanaşı raket və top mərmisinin partlaması nəticəsində 46 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Türkiyə dünən Suriyanın şimalına “Sülh Çeşməsi Hərəkatı”nı başladıb.