Tacikistan-Qırğızıstan sərhədində toqquşma baş verib – 16 nəfər yaralı var

Dünya

Tacikistan-Qırğızıstan sərhədində toqquşma baş verib.

Nsa.ge-nin “RİA Novosti”yə istinadən məlumatına görə, Vorux kəndi ərazisində yaranan münaqişə zamanı 16 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır. Qırğızıstanın Dövlət Sərhəd Xidmətindən daha əvvəl bildirilib ki, Tacikistanla sərhəddə baş vermiş atışmada 5 nəfər yaralanıb, 1 nəfər ölüb.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan xalqı arasında vaxtaşırı sərhədlərin delimitasiyası məsələsi üzündən toqquşmalar yaşanır.