Texasda baş verən silahlı insidentdə ölənlərin sayı artıb

Dünya

ABŞ-ın Texas ştatında ticarət mərkəzinə silahlı hücum nəticəsində onlarla insan ölüb.

Nsa.ge-nin məlumatına görə, “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 19 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bundan əvvəl 18 nəfərin öldüyü və 20 nəfərin yaralandığı qeyd olunurdu.

Bundan başqa polis baş verən hadisə ilə bağlı şübhəli şəxs qismində 3 nəfəri saxlayıb.