Türkiyə öz lazer silahını göstərdi – FOTO

Dünya

Türk Silahlı Qüvvələri inventarına yeni silah qatıb.

Nsa.ge “Sputnik”ə istinadən xəbər verir ki, lazımi sınaqlardan və yoxlamalardan uğurlu çıxan ARMOL lazer silahı bundan sonra Türkiyə ordusunun arsenalında olacaq.

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank bununla bağlı rəsmi açıqlama verib və yerli mühəndislərin hazırladığı silahın bundan sonra əməliyyatlar zamanı istifadə olunacağını bildirib.