Türkiyədə elektron siqaretlər qadağan ediləcək

Dünya

Türkiyə höküməti elektron siqaretlərin satışına və idxalına qadağa qoymaq niyyətindədir.

Nsa.ge-nin “Anadolu” agentliyinə istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

“Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanun üzərində çalışırıq”, – mənbə nazirin sözlərini sitat gətirir.

Qoca əlavə edib ki, məsələyə ölkə parlamentində baxılacaq.