Türkiyədə Gürcüstan vətəndaşı qadın evdə ölü tapılıb

Dünya

Türkiyədə Gürcüstan vətəndaşı qadın evdə ölü tapılıb.

Nsa.ge İHA-ya istinadən xəbər verir ki, Artvinin Hopa rayonundakı dostlarının evində qalan gürcü əsilli qadının meyiti tapılıb.

Belə ki, 48 yaşlı Dali Mamakaşilinin, rayonun Dumlupınar küçəsində yerləşən evdə dostları tərəfində cansız bədəni tapılıb.

Qadının dostları hadisə yerinə təcili yardım və polis çağırıblar.

Hadisə yerinə gələn ekspert qrupları və Hopa prokuroru hadisə yerində araşdırma aparıblar. Edilən araşdırmaların ardından Mamakaşili Hopa Dövlət Xəstəxanasının meyitxanasına qaldırılıb.

İlkin nəticələrə görə, Mamakaşili astmatik xəstədir və dünən gecə içdiyi alkaqollu içki xəstəliyini pisləşdirərək ölümünə səbəb olub.

Faktla bağlı istintaq davam edir.