Türkiyədə miqrantları daşıyan qayıq batıb, 9 nəfər ölüb

Dünya Manshet

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu ərazisində dənizdə qanunsuz miqrantları daşıyan qayıq batıb.

Nsa.ge Ona-ya istinadən bildirir ki, Egey dənizinin Ayvalıq sahilində 3-ü azyaşlı olmaqla 9 nəfərin meyiti tapılıb. Batan qayıqdan bir nəfəri xilas etmək mümkün olub.

Məlumata görə, 3 azyaşlı olmaqla 7 nəfərin aqibəti məluma deyil. İtkin düşmüş şəxslərin axtarışına başlanılıb.

NSA.GE