Türkiyədə ölən və yaralananların sayı artdı

Dünya

Oktyabrın 10-da YPG/PKK terror qruplaşmalarının Türkiyənin Birecik, Akçakale, Ceylanpınar və Nusaybin kəndlərini raketlərlə atəşə tutması nəticəsində həlak olanların sayı 7 nəfərə yüksəlib.

Nsa.ge-nin “hurriyet”ə istinadən verdiyi xəbərə görə, sonuncu ölən şəxs 11 yaşlı Elif Terimdir. O, küçədə oynayarkən atılan raketin partlaması nəticəsində qəlpələrdən biri ürəyinə dəyib. Xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, terakt nəticəsində xəsarət alanların sayı isə 85 nəfərə çatıb.