Türkiyədə rusları daşıyan avtobus aşdı, yaralılar var

Dünya

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

Nsa.ge TASS-a istinadən xəbər verir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb.

Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.