Türkiyədə sərnişin avtobusu aşdı – 1 ölü, 40 yaralı – FOTO

Dünya

Türkiyənin Afyonkarahisar-Kütahya yolunda ağır yol qəzası olub.

Nsa.ge “Hürriyet”ə istinadən məlumatına görə, yolun 32-ci kilometrliyində sərnişin avtobusu dərəyə yuvarlanıb. Nəticədə 2 yaşlı Perisu adlı qız dünyasını dəyişib, 40 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, qəzadan bir neçə saat əvvəl avtobusun arxa təkərlərindən biri partladığından yenisi ilə dəyişdirilibmiş.