Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyəni Avropa İttifaqına qəbul etmək istəmirlər, çünki biz müsəlmanlarıq”

Dünya Manshet

“Türkiyəni Avropa İttifaqına qəbul etmək istəmirlər, çünki biz müsəlmanlarıq”.

Nsa.ge-nin məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı səfiri, Fatma Seren Yazqan Tbilisidə beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqında anti-islam əhval-ruhiyyələri artıbdır.

“Dəyərlər ikilik standartları istisna edir. Türkiyədə hiss edirik ki, biz “ev tapşırıqlarını” yerinə yetiririk, lakin sonra yeni tapşırıqlar alırıq, çünki Avropa İttifaqı bizi qəbul etmək istəmir. Niyə? Çünki biz, müsəlmanlarıq. Biz dinimizi dəyişməyi planlaşdırmırıq. Avropa İttifaqı Avropanın özündə olan pozuntulara müvafiq münasibət bildirmir. Avropa İttifaqında anti-islam əhval-ruhiyyələr artıbdır”, – Fatma Seren Yazqan bəyan etdi.