Türkiyənin Müdafiə Nazirliyi öldürülən terrorçuların sayını açıqlayıb

Dünya

Türkiyənin Müdafiə Nazirliyi “Sülh Çeşməsi Hərəkatı” zamanı öldürülən terrorçuların sayını açıqlayıb.

Nsa.ge “Hürriyet”ə istinadən xəbər verir ki, Rasulayna hava hücumu nəticəsində 19 YPG/PKK-lı terrorçu məhv edilib.

Bununla da hərəkat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 174 nəfər olub.