Türkiyəyə uçan təyyarə Ukraynada qəzaya düşdü: ölənlər var – FOTO

Dünya

Ukraynada “AN-12” tipli təyyarə qəzaya düşüb.

Nsa.ge-nin “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin infrastruktura naziri Vladislav Krikliy məlumat yayıb.

Onun sözlərinə görə, təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.

Təyyarənin göyərtəsində 8 nəfər olub. Hadisə nəticəsində 5 nəfər həlak olub.

Qeyd olunur ki, “AN-12” ​İspaniyanın viqo şəhərindən Ukrayna istiqamətində Türkiyənin İstanbul şəhərinə uçurmuş və Lvovda hava limanında yanacaq doldurmalı imiş.