Ukraynada Mixail Saakaşviliyə vəzifə təklif olunub

Dünya Manshet

Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko Odessa vilayətinin keçmiş başçısı Mixeil Saakaşviliyə siyasi jest edib.

Nsa.ge “TASS” xəbər agentliyinə istinadən xəbər verir ki, Kliçko Saakaşviliyə “UDAR” partiyasının sədri vəzifəsini təklif edib.

“UDAR” növbədənkənar parlament seçkilərinə gedir. Tərəfdaşlarımıza təklif edirəm ki, bərabər gedək. Mən UDAR partiyasının lideri olaraq qalıram, Mixeil Saakaşviliyə isə partiyanın sədri olmağı təklif edirəm”, – siyasətçi deyib.

Kliçkonun sözlərinə görə, Saakaşvilinin partiyasına Ali Rada seçkilərində iştirakına mane olublar.