Ukraynada otel yandı, 8 ölü – Fotolar + Video

Dünya

Ukraynanın Odessa şəhərində oteldə güclü yanğın zamanı ölənlər olub. 

Nsa.ge Ukrayna KİV-nə istinadən xəbər verir ki, yanğın gecə saatlarında “Tokio Star” adlı otelin 2-ci mərtəbəsində baş verib.

Bu zaman 8 nəfər dünyasını dəyişib, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, hadisə zamanı binada 200-ə yaxın insan olub.