Ukraynada rusiyalı jurnalistlərə atəş açıldı

Dünya

Ukraynanın Donetsk şəhərində bir neçə rusiyalı jurnalistə atəş açılıb.

Nsa.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə saytın əməkdaşı Aleksandr Qyuk bildirib.

Onun sözlərinə görə, atəş açılanlar “RİA Novosti”nin, “News front”un və digər media vasitələrinin əməkdaşları olub. Jurnalistlərin yaralanmadığı və sağ olduqları deyilib.