Ukraynada seçki başa çatdı – “Exit-poll”un nəticələri

Dünya

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb. 

Nsa.ge xəbər verir ki, “exit-poll”un ilkin nəticələri açıqlanıb.

Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar bunlardır: Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçicilərin 43,9 faizinin səsini toplayıb. 

İkinci yerdə “Həyat uğrunda – müxalifət platforması” gedib, onlar seçicilərin 11,5 faiz səsini qazanıblar.

Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” 8,9 faiz, Yuliya Timoşenkonun “Batkivşina” partiyası 7,6 faiz, ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası 6,3 faiz səs toplaya biliblər.