Venesuela parlamentinin birinci vitse-spikeri saxlanılıb

Manshet Dünya

Venesuela parlamentinin birinci vitse-prezidenti saxlanılıb.

Nsa.ge xəbər verir ki, bunu ölkənin Milli Təsis Yığıncağının rəhbəri Diosdado Kabelyo deyib.

“Bildirirəm ki, bir neçə dəqiqə əvvəl 30 Aprel dövlət çevrilişinin rəhbərlərindən biri…Edqar Sambrano saxlanılıb”, – deyə o, dövlət telekanalının efirində bildirib.

Sözügedən müxalifətçinin “Twitter” səhifəsinə yerləşdirilən videoyazıda onun maşınının ölkənin SEBIN kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən əhatəyə alındığı görünür.

NSA.GE