Vyanada güclü partlayış olub, xəsarət alanlar var

Dünya

Vyanada güclü partlayış olub.

Nsa.ge xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə beşmərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır.Yaralılar xəstəxanaya çatdırılıb.

Binanın bir hissəsi partlayışın gücündən qismən dağılıb.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr əhatəyə alınıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisəyə qaz sızması səbəb ola bilər.