Xəzərdə İran gəmisinin batma anı – VİDEO

Dünya

İran gəmisinin Xəzərdə batma anının əks olunduğu video yayılıb.

Nsa.ge Azərbaycan KİV-nə istinadən xəbər verir ki, bu görüntünü  Dövlət Sərhəd Xidməti yayıb.

Görüntüdə İran gəmisinin ekipaj üzvlərinin xilas edilməsi və gəminin batma anı qeydə alınıb.

Fırtınalı hava şəraitinin dəyişməsi sərhədçilərin batan gəmi heyətinin xilas edilməsi əməliyyatını uğurla həyata keçirməsinə imkan yaradıb.

Xatırladaq ki, İrana məxsus yük gəmisi saat 14 radələrində Azərbaycan sərhəd sularında qəzaya uğrayıb.

Azərbaycanın “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

İran gəmisinin batmasının ilkin səbəbi kimi fırtınalı hava şəraiti göstərilir.