XİN başçısı: “Britaniya Türkiyəyə silah ixracını dayandıracaq”

Dünya

Böyük Britaniyanın Xarici İşlər Naziri Dominic Raab ölkəsinin Türkiyəyə müdafiə sahəsində ixracatını gözdən keçirəcəyini deyib. 

Nsa.ge-nin məlumatına görə, D. Raab Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatları ilə əlaqədar parlamentdə çıxış edib: “Britaniya hökuməti silah ixracına nəzarətlə bağlı öz öhdəliklərinə çox ciddi yanaşır və biz Türkiyəyə müdafiə sahəsindəki bütün ixrac icazələrini gözdən keçiririk. Bu zaman ərzində Türkiyənin hərbi əməliyyatlarda istifadə etdiyi silahlara, müdafiə sənayesi mallarına ixrac lisenziyası verilməyəcək”.

D. Raab NATO-nun indi həmişəkindən daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edək ki, Fransadan öncə Almaniya, Norveç, Finlandiya, Hollandiya da “Barış bulağı” hərakatı ilə əlaqədar Türkiyəyə silah ixracatını dayandırıb.