Yəmən sahillərində 55 nəfəri daşıyan gəmi itib

Dünya

Yəmənin şərq əyaləti Əl-Mahra ilə Sokotra adası arasında hərəkət edən bərə radardan itib.

Nsa.ge-nin məlumatına görə, “Sinxua” agentliyinin ada administrasiyasının bəyanatına istinadən verdiyi xəbərə görə bərənin göyərtəsində 55 nəfər olub.

“Bu gün bizim aldığımız hesabata əsasən,  bərə Əl-Mahra limanını tərk edib Sokotra adasına istiqamət aldıqdan sonra yoxa çıxıb. Göyərtədə 55 nəfər var”, – deyə açıqlamada qeyd edilir.

Artıq axtarış xilasetmə əməliyyatına başlanıldığı bildirilir.