Yəməndə 700-dən çox insan eyni səbəbdən ölüb

Dünya

2019-cu ilin əvvəlindən Yəməndə azı 705 insan vəba xəstəliyindən dünyasını dəyişib.

Nsa.ge xəbər verir ki, bu bəyanatla BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak çıxış edib.

BMT rəsmisi bildirib ki, 2019-cu ilin əvvəlindən vəba xəstəliyinə yoluxan 460 min insan qeydiyyata alınıb ki, onlardan da 200 minə yaxını uşaqlardı. Bu, 2018-ci ilin göstəricilərini 80 min fərqlə üstələyir.

Belə ki, ötən il 380 min vəba xəstəsi aşkarlanmışdı. Eləcə də ölüm hallarının sayı da ötən illə müqayisədə çoxalıb. 2019-cu ilin əvvəlindən xəstəlik nəticəsində 705 nəfər dünyasını dəyişib. Halbuki, 2018-ci ildə bu rəqəm 75 idi.   

Hak qeyd edib ki, bu il xəstəliyin yayılmasına Yəməndəki daşqınlar və içməli suyun çatışmazlığı təsir göstərib.