Yəməndə hökumət bir sıra əraziləri geri qaytardı

Dünya

Yəmən hökumətinin silahlı qüvvələri Ədən beynəlxalq hava limanına nəzarəti bərpa ediblər.

Nsa.ge xəbər verir ki, bu haqda yerli “Aden al Gad” nəşri məlumat yayıb.

Xəbərə görə, aerportla yanaşı, hökumət qüvvələri Yəmənin ikinci böyük şəhərinin bir sıra digər bölgələrini də geri qaytara biliblər. Şahidlər bildirib ki, separatçı dəstələr Ədəndəki hərbi bazaları tərk ediblər. 

Xatırladaq ki, hökumət qüvvələri ilə Cənubi Yəmən Keçid Şurasının tərəfdarları olan separatçılar arasında toqquşmalar avqustun 7-si başlayıb.