Yumurta haqqında bilmədiklərimiz: karton qaba niyə qoyulur, köhnəsi necə müəyyənləşir?

Dünya

Yumurta haqqında bilmədiklərimiz: karton qaba niyə qoyulur, köhnəsi necə müəyyənləşir?

Mağazadan yumurta alıb evə gətirən kimi karton qabından çıxardıb soyuducuya yerləşdiririk. Bəs bu etdiyimiz düzgündürmü? Yumurtanın qablaşdırılması sadəcə qırılmaması üçündürümü? Yoxsa bilmədiyimiz başqa nəsə var?

Nsa.ge bu barədə maraqlı məlumatları təqdim edir:

YUMURTALARI KARTONUNDAN ÇIXARSAQ…

Karton yumurtaları qoruyur, lakin bu qablaşdırılmanın başqa “öhdəliyi” də var. Karton qab soyuducudakı qidalarda olan bakteriyaların yumurtaya keçməsinin qarşısını alır. Eyni zamanda çiy yumurtanın qabığında olan bakteriyalar soyuducuya yaymasını önləyir. Karton qablar soyuduca yaranan qoxuların yumurtanın qabığındakı gözcüklərdən daxilinə hopmasının da qarşısını alır.
 
Yumurta bişdirildikdən sonra qabığındakı və içindəki bakteriyalar məhv olur. Qutuların üzərinə qeyd edilən istifadə tarixindən rahatlıqla yumurtaları nə vaxt aldığınızı biləcəksiniz.  Bir fincana su tökün, içinə isə yumurtanı atın. Əgər yumurta batmır, üfüqi dayanırsa təzədir. Yarı üfüqi, dayanırsa 8-10 günlükdür. Lakin su dolu qaba yumurtanı atan kimi üzə çıxırsa, bayatdır. Bundan başqa yumurtanı qıranda da təzə olub-olmamasmasını anlamaq olur. Təzə yumurtanı qıranda sarısı dağılmır, rəngi parlaq olur, ağı, sarısından asanlıqla ayrılmır. Köhnə yumurta qırılanda isə sarısı yastılaşır, ya da dağılır. Ağı su kimi olur.