Zelenski 15 qubernatoru işdən qovdu

Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski regional dövlət idarələrinin 15 rəhbərini istefaya göndərib.

Nsa.ge “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka brifinqdə bildirib.

Onun sözlərinə görə, Çerniqov, Xmelnitski, Hersonsk, Ternopol, Sumsk, Poltava, Odessa, Nikolayevsk, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporojsk, Zakarpat və Volınskinin qubernatorları vəzifələrindən azad edilib.