Zelenski Kiyev meri Kliçkoya qarşı hərəkətə keçdi

Dünya

Ukrayna Prezidenti Aparatı Nazirlər Kabinetindən Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçkonun işdən çıxarılması üçün təqdimat təqdim etməsini xahiş edib.

Nsa.ge-nin verdiyi xəbərə görə, bu barədə “İnterfaks-Ukraina” agentliyinə Ukrayna hökumətinin mətbuat xidmətinin rəhbəri Vasili Ryabçuk məlumat verib. 

Xatırladaq ki, V. Kliçko 25 may 2014-cü ildə 56, 7 faiz səslə Kiyev meri seçilib.

Ukrayna KİV-i yazır ki, Kliçko ilə əlaqədar Dövlət İstintaq Bürosu cinayət işi açıb. İddia olunur ki, onun adı torpaq fırıldaqçılığında hallanır.

Kiyev meri öz feysbuk hesabında cinayət işləri ilə bağlı bütün hesabatların “şişirdilmiş cəfəngiyat” olduğunu bildirərək haqqında səsləndirilən ittihamları rədd edib.