2021-ci ildə Çempionlar Liqasının final oyunu Rusiyada keçiriləcək

Dünya İdman Manshet

2021-ci ildə Çempionlar Liqasının final oyunu Rusiyada, Sankt-Peterburqda keçiriləcək.  

Nsa.ge məlumat verir ki, “Associated Press” UEFA-ya istinadən xəbər verib.

Belə ki, 2022-ci ildə turnirin final matçı Almaniyada, Münhendə oynanılacaq. 2023-cü ildə isə final oyununa Londondakı “Uembli” stadionu şahidlik edəcək. 

2020/2021 mövsümü üzrə final oyununun keçiriləcəyi ölkə roluna Rusiya və Almaniya iddia edirdi. UEFA üstünlüyü Rusiyaya verdi. Beləliklə, iki il sonra keçiriləcək ÇL finalı “Qazprom-Arena” stadionunda baş tutacaq. Bu stadion 68 min tamaşaçı üçün nəzərdə tutulub. 

Xatırladaq ki, Avropanın əsas klub turniri 2008-ci ildə də Rusiyada – Moskvanın “Lujniki” stadionunda keçirilmişdi. “Mançester Yunayted”lə oyunda “Çelsi” penaltilər silsiləsində “qırmızı şeytanlar”a məğlub olmuşdu.