Argentina Amerika Kubokunun yarımfinalına çıxıb

İdman

Rio-de-Janeyronun “Marakana” stadionunda Amerika Kuboku – 2019-un 1/4 final oyununda Argentina və Venesuela yığmaları qarşılaşıb.

Nsa.ge bildirir ki, oyun argentinalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolun müəllifi Milanın “İnter” klubunun hücumçusu Lautaro Martines olub. O, “Mançester Siti”nin forvardı Serxio Aqueronun ötürməsindən sonra 10-cu dəqiqədə hesabı açıb. İkinci qolun müəllifi isə “Betis”in yarımmüdafiəçisi Covani Lo Çelso olub.

Argentina yğması qələbə qazanmaqla ½ finala çıxıb və burada Braziliya komandası ilə qarşılaşacaq. Venesuela millisi isə turniri tərk edib.