Dünyanın ən bahalı futbolçuları – TOP 10

İdman Manshet

“CIES Football Observatory” mərkəzi araşdırma apararaq dünyanın ən bahalı futbolçularını müəyyən edib.

Nsa.ge həmin araşdırmanın nəticəsinə əsaslanaraq, 2019-cu ilin ən bahalı futbolçularının ilk 10-luğunu təqdim edir:

1. Kilian Mbappe

Klub: “Pari Sen-Jermen”

Transferin dəyəri: 252 milyon avro

“Pari Sen-Jermen”in fransalı hücumçusu Kilian Mbappe dünyanın ən bahalı futbolçusu elan olunub.

Araşdırmanın nəticəsinə əsasən, 20 yaşlı hücumçunun transfer dəyəri 252 milyon avro təşkil edir.

O, Fransa yığmasının tərkibində dünya çempionu olmuş, eləcə də turnirin ən yaxşı gənc oyunçusu elan olunmuşdu.

K.Mbappe, həmçinin ikiqat Fransa çempionu olmaqla yanaşı, Fransa Liqa Kuboku, eləcə də Fransa Kubokunu qazanıb.

2. Məhəmməd Salah

Klub: “Liverpul”

Transferin dəyəri: 219,6 milyon avro

Məhəmməd Salah Misir yığması və “Liverpul” klubunun hücumçusudur. O, Misir milli yığmasının tarixində ən yaxşı hücumçuların beşliyinə daxil olub.

2013-cü ildə İsveçrə Superliqasının, 2018-ci ilin aprelində isə İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adına layiq görülüb.

3. Rahim Sterlinq

Klub: “Mançester Siti”

Transferin dəyəri: 207,8 milyon avro

Yamayka mənşəli futbolçu Rahim Sterlinq “Mançester Siti” klubu və İngiltərə yığmasının yarımmüdafiəçisidir. Onun 24 yaşı var.

4. Lionel Messi

Klub: “Barselona”

Transferin dəyəri: 167,4  milyon avro

“Barselona”nın oyunçusu Lionel Messi 31 yaşdan yuxarı ən bahalı futbolçuların reytinqinə liderlik edir. Messinin transfer dəyəri 167,4  milyon avro təşkil edir.

5. Ceydon Sanço

Klub: “Borussiya Dortmund”

Transferin dəyəri: 159,4 milyon avro

Ceydon Sanço Almaniyanın “Borussiya Dortmund” klubu və İngiltərə yığmasının aparıcı oyunçusudur.

2018-ci ilin oktyabrında Bundesliqanın ən yaxşı oyunçusu adına layiq görülmüşdü. O, bu ay Almaniya çempionatında üç oyun keçirərək hesabına üç qol yazıb, eləcə də qolla nəticələnən ötürmənin müəllifi olub.

6. Sadio Mane

Klub: “Liverpul”

Transferin dəyəri: 157,8 milyon avro

Mənşəcə seneqallı olan Sadio Mane “Liverpul” klubunun və Seneqal yığmasının yarımmüdafiəçisidir. O, 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunları, 2015-ci ildə Afrika Millətlər Kuboku, eləcə də 2018-ci il dünya çempionatının final mərhələsində iştirak edib.

7. Harri Keyn

Klub: “Tottenhem Hotspur”

Transferin dəyəri: 155,2 milyon avro

Harri Keyn “Tottenhem” klubunun hücumçusu və vitse-kapitanı, eləcə də İngiltərə yığmasının kapitanıdır. O, həmçinin “Britaniya İmperiyası ordeni”nin üzvüdür.

2018-ci il dünya çempionatında altı qol vurmaqla turnirin ən yaxşı bombardiri olmuşdu.

8. Roberto Firmino

Klub: “Liverpul”

Transferin dəyəri: 144,2 milyon avro

Braziliyalı futbolçu Roberto Firmino “Liverpul” klubu və Braziliya yığmasının hücumçusudur. 2015-ci il iyunun 24-də “Liverpul”a keçib.

9. Antuan Qrizmann

Klub: “Atletiko Madrid”

Transferin dəyəri: 143,8 milyon avro

Fransalı futbolçu Antuan Qrizmann “Atletiko Madrid” və Fransa yığmasının hücumçusudur.

Milli yığmanın tərkibində 2018-ci ilin dünya çempionu və 2016-ci il Avropa çempionatının gümüş mükafatçısı olub.

2016-cı ildə Avropa çempionatının ən yaxşı oyunçusu adına layiq görülüb.

10. Leroy Sane

Klub: “Mançester Siti”

Transferin dəyəri: 137,1 milyon avro

Almaniyalı futbolçu Leroy Sane “Mançester Siti” klubu və Almaniya yığmasının hücumçusudur.

Sane 2015-ci ilin noyabrın 13-də Fransa yığması ilə qarşılaşmada meydana çıxaraq Almaniyanın ilk yığmasının tərkibində debüt etmişdi. Lakin 2018-ci ildə yığmaya dəvət almamışdı ki, buna səbəb kimi Almaniyanın turnirdə məğlubiyyəti göstərilmişdi.