Həbib Nurməhəmmədov növbəti döyüşünün hansı ölkədə keçiriləmə ehtimalını açıqladı

İdman

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyevlə görüşüb.

Həbib daha sonra bildirib ki, növbəti döyüşünü Rusiyada da keçirə bilər.

Nsa.ge xəbər verir ki, bu haqda Nurməhəmmədov “Instagram” hesabında yazıb.

“Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu”- deyə Həbib instagram hesabında qeyd edib.

Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə  yüngül çəkidə çempion titulunu qazanmışdı.