İngiltərə çempionu Premyer-liqanın təzə komandasına uduzdu

İdman

İngiltərə Premyer-liqasının 5-ci turunda çempion “Mançester Siti” gözlənilmədən “Norviç”ə məğlub olub.

Nsa.ge xəbər verir ki, Norviçdə keçirilən qarşılaşmada ev sahibləri 3:2 hesabı ilə qalib gəliblər.

“Norviç”in heyətində qolları Kenni Maklin, Todd Kantvell və Teemu Pukki vurublar. “Mançester Siti”nin heyətində isə Serxio Aquero və Rodriqo fərqləniblər.

Beləliklə, Mançester klubu birinci yerdə gedən “Liverpul”dan artıq 5 xal geridədir, “Norviç” isə turnir cədvəlinin son sıralarını tərk edib.