Məşhur futbolçu dostlarına hər ay 11 min avro maaş verir

Dünya İdman

”Paris Saint Germain” də forma geyinən Braziliyalı məşhur futbolçu Neymar dostlarına maaş verir.

Nsa.ge bildirir ki, braziliyalı məşhur futbolçu haqqında yeni iddia ortaya atılıb.

Jurnallardan birində yer alan məlumata görə,  Neymar dostları onunla gecə ziyafətlərinə gəlsin deyə onlara 11 min avro maaş ödəyir.

Hətta bu iddia haqqında zarafatlar da var:

”Əgər Neymarın dostusunuzsa ölkədəki iqtisadi böhrandan, işzilikdən əziyyət çəkməzsiniz”.

Maraqlısı isə sözü gedən iddiada Neymarın sadəcə 3 dostun adı çəkilir. Lakin onlar da Neymar kimi milyonluq villalarda yaşayırlar.

Qeyd edək ki, bir zamanlar Neymarın şəxsi meneceri olan Eduarda Musanın onun dostlarına xərclədiyi pulları idarə edə bilmədiyinə görə, istefa verdiyi açıqlanmışdı.