“Qalatasaray” dünya ulduzunu transfer etdi

Dünya İdman

“Qalatasaray” ulduz futbolçu Radamel Falkaonu transfer edib.

Nsa.ge oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Bildirilib ki, Kolumbiya millisinin üzvü ilə danışıqlara başlanılıb, onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Falkao Avropada əsasən, “Porto”, “Atletiko” və “Monako”dakı çıxışları ilə tanınıb. O, icarə əsasında “Mançester Yunayted” və “Çelsi”də də oynayıb.

Hücumçu Kolumbiya millisi ilə meydana çıxdığı 89 oyunda 34 dəfə fərqlənib.