2019-cu ilin May ayında Batuminin turizm vəziyyəti – Müsahibə

İqtisadiyyat Manshet

2019-ci ilin may ayında Batumidə turizm rəqəmləri 2016, 2017 və 2018 mövsümünün başlanğıcına nisbətən əhəmiyyətli dərəcədə artmışdır: Şəhərin tanınması və onun inzibati məsuliyyəti Gürcüstan Milli Turizm Agentliyi səyləri sayəsində və eləcədə fərdi şəkildə beynəlxalq sərgidə iştirak edən turoperatorlar, agentliklər və mehmanxanalar sayəsində artmışdır.

Nsa.ge xəbər verie ki, bunu 24News.ge-yə Metro Holding Beynəlxalq Marketinq Direktoru Selçuk Kyle İnan bildirib.

K.İnan Acara Muxtar Respublikasının paytaxtı Batuminin may ayında turizm gücünü və vəziyyətini dəyərləndirib.

O, müxtəlif havayollarının Gürcüstanın Acara Muxtar Respublikasının paytaxtı Batumiyə Estoniya və Ekaterinburq kimi qeyri-ənənəvi yerlərə uçuşlar başlayacağı faktı şəhərdəki turizm bazarını canlandırmaq üçün çox mühüm bir addım olacağını deyib.

Hava limanlarında və digər obyektlərdə infrastrukturun olmaması səbəbindən Batumiyə uçuşlar etmək istəyən turizm şirkətləri hava limanında yer tapa bilmirlər. Hava limanının imkanları mümkün qədər çoxalmalı və tez bir şəkildə artırılmalıdır”.

İ. İnan Batumiyə səyahət edən turistlər havalimanında müxtəlif sıxıntıların aradan qaldırılmaqı üçün görüşlər keçirdiklərini bildirib.

Batumiyə səyahət edən turistlər havalimanında müxtəlif sıxıntı çəkdikləri üçün biz artıq Batumi Dənizçilik İdarəsi səlahiyyətliləri ilə Batumi dəniz limanına gəmilərin gəlişinin artması üçün müxtəlif görüşlər həyata keçirdik”.

O, həmçinin Türkiyədən Batumiyə turist axınının zəyifləməsinin Türk lirəsinin dollar qarşısında dəyərini itirdiyi üçün olduğunu qeyd edib:

“Türkiyədən gələn turistlərin böyük əksəriyyəti son aylardakı Dollar – Türk Lirəsinin son zamanlar dolların qarşısında dəyərini itirməsindən qaynaqlanır. Adam başına düşən satış gücü əhəmiyyətli ölçüdə azalmışdır. Bu fərdlərin tətil büdcələrinə mənfi təsir göstərir. Batumidəki turist bazarı əksəriyyəti Türkiyə, Israil və Rusiyadan gələn müştərilərə yönümlü olub ən yaxın zamanda bazar payı riskinin başqa ölkələrə paylanması və bu vəziyyətin nəticəsində turizmə davamlılığını təmin edilməsi lazımdır”.