2019-cu ilin “Qlobal sülh indeksində” Gürcüstan üç pillə irəliləyib

Manshet İqtisadiyyat

2019-cu ilin “Qlobal sülh indeksində” Gürcüstan irəliləyib.

Nsa.ge xəbər verir ki, 163 ölkə arasında Gürcüstan 99-cu yerdədir. Keçən ilki reytinqi ilə müqayisədə Gürcüstan üç pillə ilə irəliləyib.

“Qlobal Sülh İndeksinin” hesabatında həmçinin, vurğulanır ki, Gürcüstan 2008-ci ildən 2019-cu ilə qədər 20%-lə daha sabit bir ölkə oldu.

“Qlobal Sülh İndeksinin” müəllifi Londonun İqtisadiyyat və Sülh İnstitutudur, hansının mütəxəssisləri hər il 160-dan artıq ölkənin vəziyyətini öyrənirlər.

Ölkələr bir neçə meyarlarla dəyərləndirirlər. Onların arasında müharibə, terorizm, polis tərəfindən zorakılq, silahlandırma eksportu, ictimaiyyətin birliyi və insan hüquqlarının qorunması var.

Reytinqdə birinci yerdə İslandiyadır. İkinci yerdə Zelandiya, üçüncüdə isə, Portuqaliyadır.

Rusiya 154-cü yerdədir.

Ukrayna 150-ci.

Post Sovet məkanında isə, ən yaxşı pozisiyalarda Latviya, Estoniya və Litvadır.