ABŞ ilə birbaşa avia gediş-gəlişinin başlaması üçün danışıqlar aparılacaq

İqtisadiyyat Manshet

“ABŞ ilə birbaşa avia gediş-gəlişinin başlaması üçün bu ilin sentyabr ayında danışıqlar aparılacaq”.

Nsa.ge xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bildirib.

“Sentyabrın əvvəlində mən şəxsən danışıqlar aparan komandası ilə birlikdə ABŞ-a səfər planlaşdırıram. Burada iki aparıcı aviaşirkəti ilə danışıqlarımız olacaq. Güman edirəm ki, onlar bununla maraqlanacaqlar. Gözləyirik ki, “Ryanair” ilə danışıqlara bənzər olaraq bu danışıqları da uğurla aparacağıq”, – nazir deyib.

Nazirin məlumatına görə, artıq müvafiq tədqiqat da aparılıb.