AİB Gürcüstanla yeni əməkdaşlıq strategiyasını təsdiqləyib

İqtisadiyyat Manshet

Asiya İnkişaf Bankı (AİB) bu gün Gürcüstanla yeni əməkdaşlıq strategiyasını təsdiqləyib.

Nsa.ge xəbər verir ki, bu barədə AİB məlumat yayıb.

Məlumata görə, 2019-2023-cü illəri nəzərdə tutan  beş illik əməkdaşlıq strategiyası Gürcüstan hökumətinin qonşu ölkələr və dünyanın digər ölkələri ilə iqtisadi inteqrasiya yolu ilə səmərəliliyin artırılması və yoxsulluğun azaldılması məqsədi daşıyır.

Yeni əməkdaşlıq strategiyasının ticarət əlaqələrinin dərinləşdirilməsinə, yeni iş yerlərinin açılmasına, Gürcüstanda iqtisadi və nəqliyyat dəhlizlərinin inkişafı ilə yoxsulluğun azaldılmasına yönəldiləcəyi qeyd olunub: “Avropa ilə Asiyanın qovşağında yerləşən Gürcüstanın strateji mövqeyindən əlverişli istifadə etmək üçün yaxşı imkan var. Ölkə əsas strateji tərəfdaşları ilə 30-dan çox sərbəst ticarət müqaviləsi bağlayıb və birbaşa xarici sərmayə cəlb etməkdə davam edir. 2018-ci ildə Gürcüstan iqtisadiyyatı 4.7 % böyüyüb. Buna baxmayaraq, işsizlik səviyyəsinin və nəğd pul defisitinin yüksək olması ölkənin öz potensialını reallaşdırmasına imkan verməyib. Bu problemlərin həllində Gürcüstan hökumətinə dəstək AİB-nin yeni Tərəfdaşlıq Strategiyasının əsas məqsədidir”.