Aleksandr Volkov: “Gürcüstan borcunu ödəyənədək Rusiya hava məkanı bu ölkənin şirkətlərinə qapalıdır”

İqtisadiyyat Manshet

“Gürcüstan borcunu tam ödəyənədək Rusiya hava məkanı bu ölkənin hava yolları şirkətlərinə qapalı qalacaq”.

Nsa.ge xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aleksandr Volkov bildirib. 
O qeyd edib ki, qadağa həm də uçuşların təhlükəsizliyi ilə bağlıdır.

“Uçuşların dayandırılması Gürcüstan tərəfi borclarını tam ödəyənədək, həmçinin  “Georgian Airways” və “MyWay” hava yolu şirkətlərinin təhlükəsizlik proqramında  və auditində Rusiya nümayəndələri təmsil edilənə qədər davam edəcək”, – deyə A. Volkov bildirib.

Qeyd edək ki, Rusiya Nəqliyyat Nazirliyinin qərarına əsasən, bu gündən Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar dayandırılıb.