Almaniya Gürcüstanın enerji sektoruna 8 mln. avroluq qrant ayıracaq

Manshet İqtisadiyyat

Almaniya Yenidənqurma Bankı Gürcüstanın enerji sahəsində həyata keçiriləcək islahatların dəstəklənməsinə 8 mln. 440 min. avro həcmində qrant ayıracaq.

Nsa.ge xəbər verir ki, müvafiq sazişi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini David Tvalabeişvili və Almaniyanın Yenidənqurma Bankının Cənubi Qafqaz üzrə regional ofisinin direktoru Kalaus Vigel imzalayıb.

Almaniyanın Yenidənqurma Bankı İqtisadiyyat Nazirliyinə enerji layihələrinin realizasiyasında texniki yardım təmin edəcək.