İnfrastruktur Nazirliyi: Anakliya layihəsi dövlət üçün əhəmiyyətli layihədir və mütləq həyata keçiriləcəkdir

Manshet İqtisadiyyat

“Anakliya layihəsi dövlət üçün əhəmiyyətli layihədir və mütləq həyata keçiriləcəkdir”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyi bəyanat yayıb.

“Təəssüfləndiricidir ki, Anakliya limanı mövzusu ilə bağlı spekulasiyalar başa çatmır, baxmayaraq ki, layihənin prioritetliyini hökumətin faktiki olaraq bütün üzvü tribunlardan təsdiq edir.

Demək olar bir ildir ki, siyasətçilər və media tərəfindən layihə barəsində tez-tez yanlış fakt və interpretasiyalar yayılır”, – bəyanatda deyilir.

İdarənin məlumatına görə, dövlət sərmayə müqaviləsi ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir və hazırda limana doğru gedən yol və dəmiryolu layihəsi işlərini fəal yerinə yetirir.