Azərbaycan Gürcüstandan tütün məmulatlarının idxalını kəskin azaldıb

İqtisadiyyat Manshet

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Gürcüstandan idxal etdiyi tütün məmulatlarının həcmi azalıb.

Nsa.ge xəbər verir ki, cari ilin ilk altı ayı ərzində Gürcüstandan Azərbaycana  20,7 mln. ABŞ dolları dəyərində 962,7 ton tütün məmulatları ixrac edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycan idxal olunan tütün məmulatlarının dəyəri 46,5%, həcmi isə 2,2 dəfə azalıb.