Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Manshet

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanla Azərbaycan arasında aparılmış ticarət dövriyyəsinin həcmi 435 596,9 min ABŞ dolları təşkil edib. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında qeyd olunub.

Hesabata əsasən, bu rəqəm Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 8,8%-ni təşkil edib.

Gürcüstanın xarici ticarətdə ən böyük tərəfdaşı Türkiyədir. Cari ilin yanvar-may ayları ərzində Türkiyə ilə xarici ticarət dövriyyəsinin həcmi 701 841,5 min dollar təşkil edib. Bu, ümumi dövriyyənin 14,2%-nə bərabərdir.

Hesabatda həmçinin bildirilib ki, xarici ticarətdə ilk 10 ölkə ilə olan əməliyyatlar  Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 67,1%-nə bərabər olub.