Bakı-Tbilisi reyslərində – DƏYİŞİKLİK

Dünya İqtisadiyyat Manshet

Bakı-Tbilisi-Bakı aviareyslərinin avqust ayı üçüna olan cədvəlinə dəyişiklik edilib.

Nsa.ge xəbər verir ki, bu barədə Azərbaycanın “Buta Airways” şirkəti “Facebook” səhifəsində məlumat yayılıb.

Bildirilib ki, dəyişiklik Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədardır.

Avqustun əvvəlində uçuşlar aşağıda göstərilən qrafikə uyğun olaraq həyata keçiriləcək.

3-9 avqust (yerli vaxtla):

J2 9223 (Bakı-Tbilisi) – uçuş: 11:10, enmə: 12:20
J2 9224 (Tbilisi-Bakı) – uçuş: 13:20, enmə: 14:30

3-5 avqust (yerli vaxtla):

J2 9225 (Bakı-Tbilisi) – uçuş: 23:10, enmə: 00:20